3500 ildən qabaq Mosuldan yuxarı iki gölün arasında Quman bəyliyi olub və bu bəylik 500 ildən çox davam edib. İki dövlətin – Assuriya və Urartu arasındadır. Assur qaynaqlarındakı bəlgələrini də qeyd etmişəm, xəritəsini də çəkmişəm ki, kürd “bura gəlməsiniz” deyəndə, sənədləri qabağına qoy göstər ki, bura gələn mən deyiləm, sizsiniz. Bu faktları qurumun başqanına verdim və sənə dediklərimi ona da izah etdim. Baxıb dedi ki, hocam, bu bir qədər fantaziyaya bənzəyir. O vaxt burada türk nə gəzirdi? Adam professordur və Atatürkün qurduğu tarix qurumunun başqanıdır, dostumdur və xətrimə dəydi. Axı mən sıradan bir adam deyiləm. O, bu cür düşünürsə, erməni, kürd nə düşünər? Dedim, yaxşı. İki ildən sonra bir qurultayda foyedə idim. Gəldi məni qucaqladı, dedi, Firudin bəy, ilginc bir şey baş verib. Biz siz dediyiniz Quman bəyliyindən türk “daşbaba” tapdıq.
Dedim, noldu, mən deyəndə inanmırdınız. O da üzrxahlıq elədi.
MUASİRMEDİA.AZ
Türkoloq professor Firudin Ağasıoğlu
