Ukraynanın azadlığı və suverenliyi uğrunda daha bir soydaşımız həlak olub-FOTO

Dünya
Ukraynanın azadlığı və suverenliyi uğrunda daha bir soydaşımız həlak olub.Belə ki, 22 mart 2026-cı ildə Xarkiv vilayəti uğrunda gedən döyüşlərdə azərbaycanlı, könüllü, şərəfli döyüşçü Məmmədov Rəşad Fəzail oğlu Ukrayna uğrunda canından keçib.
Rəşad UDA-nın tərkibində genişmiqyaslı müharibənin ilk günlərindən Ukraynanın müdafiəsinə qalxdı. Hücum bölməsində cəbhənin ən qaynar hissələrini keçdi, dəfələrlə yaralandı, lakin hər dəfə sıralara qayıtdı. Çünki onun üçün bu, sadəcə müharibə deyildi – həqiqət, azadlıq, xalqların qardaşlığı uğrunda mübarizə idi.
Son nəfəsinə qədər ən çətin olduğu yerdə qaldı. Ukraynanın taleyinin həll olunduğu yerdə.
Onun 50 yaşı var idi. Bir oğlu yadigar qaldı.
Ukraynanın azadlığı uğrunda canından keçən cəsur bir döyüşçü, əsl yoldaş, şərəfli bir insan itirdik. Rəşad Vətəninə — doğma Azərbaycanına — Qəhrəman kimi qayıdacaq. Şərəflə. Şöhrətlə. Ölümsüzlüklə. O, əbədi olaraq sıralarımızdadır.

O, əbədi olaraq aramızdadır. Qəhrəmanın ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk!

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir