Pakistanda sel faciəsi: Ölənlərin sayı- ARTIB

Dünya

Martın 25-də başlayan leysan yağışları və buna bağlı hadisələr nəticəsində Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində azı 45 nəfər ölüb, 105 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə yerli hakimiyyət nümayəndələrinə istinadən “Geo” telekanalı məlumat yayıb.

Əyalətin Fövqəladə Hallar İdarəsinin məlumatına görə, region sakinlərinin həlak olmasının və xəsarət almasının əsas səbəbi güclü su axınlarının təməlini yuduğu binaların çökməsi olub.

Ümumilikdə 442 yaşayış evinə ziyan dəyib, onlardan 60-ı təbii fəlakət nəticəsində tamamilə dağılıb.

Qurum nümayəndələri aprelin 6-dan 9-dək növbəti intensiv yağıntı dalğasının proqnozlaşdırıldığı barədə xəbərdarlıqla çıxış ediblər. Əhaliyə ciddi zərurət olmadan təbii fəlakətlərə qarşı ən həssas ərazilərə səfərdən çəkinmək qəti şəkildə tövsiyə edilib.

16:57

Pakistanda baş verən güclü sel fəlakəti ağır itkilərə səbəb olub. Belə ki, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 68 nəfərə yüksəlib.

EDnews xəbər verir ki, bu barədə beynəlxalq media məlumat yayıb.

Məlumata əsasən, leysan yağışların yaratdığı sel yaşayış məntəqələrinə ciddi ziyan vurub, evlər dağılıb, infrastruktur zədələnib. Axtarış-xilasetmə işləri davam etdirilir.

Rəsmilər ölənlərin sayının arta biləcəyini istisna etmirlər.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir