“Bu torpağın hər qarışı müqəddəsdir

HƏRBİ
“Bu torpağın hər qarışı müqəddəsdir, çünki onu qoruyan igidlərin qanı ilə yoğrulub. Azərbaycan əsgəri – sən Vətənin sarsılmaz qalası, xalqın qürur mənbəyi, gələcəyin təminatısan. Sənin cəsarətin dağları titrədən, düşməni sarsıdan bir qüvvədir. Sən yalnız silah tutan bir əsgər deyilsən – sən tarix yazan, zəfər qazanan, bayrağı zirvələrə ucaldan qəhrəmansan.
Sənin addımların torpağa güvən verir, sənin baxışların düşmənə qorxu salır. Vətən sənə arxayındır, çünki sən onun sipərisən. Sənin şərəfin, qeyrətin və sədaqətin Azərbaycan adını ucaldan ən böyük dəyərdir.
Bu gün dalğalanan bayraq, səslənən zəfər nəğməsi, yazılan qələbə salnaməsi – hamısı sənin igidliyinin nəticəsidir. Azərbaycan əsgəri, sən varsan deyə bu torpaq var, bu millət var, bu dövlət var! Sənə eşq olsun, müzəffər ordumuz! Qürurumuz, gücümüz və əbədi zəfərimizin rəmzi!”
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir