19 yaşında şəhidlik zirvəsinə ucalan, Milli Qəhrəmanı Cavanşir Rəhimov İzzət oğlu..FOTO

Cəmiyyət
19 yaşında şəhidlik zirvəsinə ucalan, Azərbaycanın ən gənc Milli Qəhrəmanı, səmanın cəsur qartalı, bort-atıcı Cavanşir Rəhimov İzzət oğlu…
O, Vətən səmasının keşiyində dayanan igidlərdən biri idi. 6 avqust 1992-ci ildə döyüş tapşırığını yerinə yetirərkən mindiyi Mi-24 hərbi helikopteri düşmən raket atəşinə məruz qaldı. Cavanşir artıq yaralı olmasına baxmayaraq, yenidən döyüş uçuşuna qalxmaqdan çəkinmədi. Onun bu fədakarlığı Azərbaycan hərb tarixinin unudulmaz səhifələrindən birinə çevrildi.
İki dəfə şəhid xəbəri verildi, iki dəfə məzarı qazıldı… Lakin Cavanşirin nəşi həmin yerdə deyildi. Təxminən bir ay sonra, döyüş bölgəsindən təxminən 2 kilometr uzaqlıqda onun nəşi tapıldı və Vətən torpağına tapşırıldı.
Bu gün onun adı yalnız bir insanın adı deyil — Vətənə sədaqətin, cəsarətin və fədakarlığın rəmzidir.
🇦🇿 Səma qartalı Cavanşir Rəhimov!
🇦🇿 19 yaşında əbədiyyətə yüksələn Milli Qəhrəman!
🇦🇿 Adın tariximizdə, ruhun Vətən göylərində əbədi yaşayacaq!
helikopter ve yazı görseli olabilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir