Gürcülər tərərindən oğurlanan tariximiz: Gəncə qapılarından başqa daha nələrimiz oğurlanıb?

Tarix
Gürcülər tərərindən oğurlanan tariximiz: Gəncə qapılarından başqa daha nələrimiz oğurlanıb?
Təxminən 20 il öncə Tiflisdə olanda şəhərin mərkəzində qazıntılar zamanı qədim şəhərin qalıqları üzə çıxmışd. Həmin ərəfədə orda idim və qalıqları şəxsən görmüşəm. Tapılan şəhər türklərə aid olduğu məlum olan kimi gürcülər dərhal oranın üstünü bağladılar və asfalt çəkib yol elədilər.
Tiflis başdan ayağa türk şəhərdir, Azərbaycan tarixinə aiddir. Orda olan şəhəri gəzdikcə buna əmin olur. Gürcülər bu izi silmək üçün çar Rusiyası, Sovet zamanı və bu günün özündə də belə ciddi cəhdlə saxtakarlıq edirlər. Ən çox da Saakaşvili dövründə baş verib belə saxtakarlıqlar.
Toponimi, oykonim, oymonimlər dəyişdirilir, abidələr, mədəni irsimizə aid hər şey gürcüləşdirilir. Hətta Narınqalada olan peşəkarlar da bilirlər ki, orda tikilən kilsə son 120 ilə aiddir və gürcülər qəsdən orda onu tikiblər ki, özlərinin “qədim” olmalarını “sübut” etsinlər.
Ata sümüyünə xəyanət edən gürcülər bilmirlər ki, bu gün onlar dövlət kimi vardırlarsa Burcuoğullarına və Nadir şaha borcludurular. Görün nə qədər bu gəlmə xalq irəli gedirsə Keşikçidağ, Gümrük və digər abidələrə göz tikiblər.
Onlar tarix boyu Azərbaycana aid hər şeyi oğurlamaq ilə məşğul olublar.
Məşhur Gəncə qapıları ilə yanaşı, Gürcüstan muzeylərində və arxivlərində Azərbaycana məxsus dövlətçilik rəmzləri, epiqrafik abidələr, əlyazmalar və arxeoloji tapıntılar saxlanılır və bunlar açıq aşkar oğurluq hesab olunur.
Gəncə qapıları ilə çoxsaylı yazılarım olub. Onlardan bəziləri ilə tanış ola bilərsiniz
Ancaq təkcə qapılar deyil, onların əlində bizdən oğurlanan yüzlərlə mədəni irsə aid əşyalar var. Onların ilk olaraq arxivlərində bizə aid minlərlə sənəd, əlyazmalar, ilkin qaynaqlar və nələr nələr var. Təkcə bir faktı yazacam. Avropada Səfəvi dövlətinin səfiri olan Oruc bəy Bayatın əlyazmaları uzun illər Tiflisdə məxfi qrif altında gizli saxlanılıb, bizlər onu üzə çıxarana qədər.
XIX əsrdə xanlıqların işğalı və müharibələr dövründə döyüş meydanlarından qənimət kimi götürülən tarixi bayraqlar Tiflisdəki Qafqaz Hərbi Tarix Muzeyində saxlanılır.
1902-ci ildə Şəkinin Dəhnə kəndində aşkar edilmiş, eramızın II əsrinə aid olan və üzərində yunanca yazı olan qəbirüstü daş abidə hazırda Tiflis Dövlət Tarix Muzeyində nümayiş etdirilir.
Naxçıvanın Duzdağ mədənindən tapılan və eramızdan əvvəl III–II minilliklərə aid olan qədim daş və sümük əmək alətlərinin bir qismi Tiflis muzeylərinə oğurlanıb aparılıb.
Şeyx Səfi türbəsindəki zəngin kitabxanası ruslar tərəfindən Tiflisə gətirilib və burda gizlədilir. Bu günə qədər də icazə vermirlər onları tədqiq edək.
İrəvan Sərdar Sşsarayının nadir əşyaları və güzgüləri gürcülərin əlindədir. Azərbaycan xanların şəxsi kolleksiyalarına aid olan unikal hərbi qənimətlər gürcülərin əlindədir. Tayı bərabəri olmayac Azərbaycan xalça və toxuculuq nümunələri də belə onların əlindədir.
Hətta Azərbaycan qədim dövlətlərinə aid numizmatika nümunələri belə onlar tərəfindən oğurlanıb aparılıb. Atropatena, Albaniya, Manna və digər tarixi dövlətlərimizə aid çox şey gürcülərin “işğalına” məruz qalıb.
E.ə. II–I minilliklərə aid Xocalı-Gədəbəy mədəniyyətinin parçası olan tunc kəmərlər, bürünc fiqurlar, heyvan təsvirli qablar və qədim gil küplər elmi araşdırma bəhanəsi ilə Tiflisə daşınmış və geri qaytarılmamışdır.
İrəvan xanı Hüseynquluya məxsus taxt belə Sərdar sarayından oğurlanıb Gürcüstana aparılıb. Daha dəhşətli fakt budur ki, XIX əsrdə çar mühəndisləri tərəfindən Şəki Xan Sarayında təmir və bərpa işləri aparılarkən, sarayın divarlarındakı bəzi nadir miniatur rəsmlər divardan xüsusi üsulla qopardılaraq Gürcüstanda gizlədilir.
Marağa Rəsədxanasına və Azərbaycan xalqına məxsus qədim astronomiyaya əşyaları harda saxlanılır ? Əlbətdə, oğru Gürcüstanda..Qafqaz Albaniyasına aid qeyri-adi “Göz muncuqları” və tunc kəmərlər belə orda saxlanılır.
Çoxsaylı belə faktlar yazaram. Minlərlə əşyanın adını yazsam kitab olar səhifə sayına görə.
Uzun illər BTC hesabına özlərinə həyat quran bu gürcülər Zəngəzur dəhlizi məsələsi ortaya çıxan kimi öz əsl sifətlərini ortaya qoydular. Bunlar elə bilirlər ki, biz sovet və ya çar Rusiyası dövründə qılınc, güllə və repressiya altında yaşayan xalqıq. Lakin onlar 44 və 23 saat rəqəmlərinin möcüzəsinə birdaha baxsalar yaxşıdır.
MuasirMedia.az
Prof.Dr. Zaur Aliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir