5 oktyabrda Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Ettienn Berxtoldu qəbul edib.
Səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Görüş zamanı Azərbaycan və Avstriya arasında siyasi dialoq, iqtisadi əlaqələr, qarşılıqlı investisiyalar və mədəni əməkdaşlıq məsələlərinə toxunulub.
Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə də qeyd olunub. Azərbaycan təbii qazının Avstriyaya tədarükünə 2026-cı ilin yanvarından başlanması da söhbət zamanı xatırladılıb.
MM.AZ
