Çin 62 il əvvəl ilk nüvə sınağını həyata keçirərək dünyanın nüvə silahına malik dövlətləri sırasına qoşuldu.
1964-cü il oktyabrın 16-da Çin Xalq Respublikası ölkənin qərbində yerləşən Lop Nor poliqonunda ilk atom bombasını uğurla sınaqdan keçirdi. Bu hadisə beynəlxalq münasibətlərdə və dünya hərbi tarixində mühüm dönüş nöqtələrindən biri hesab olunur.
Həmin dövrdə nüvə silahı əsasən ABŞ, Sovet İttifaqı, Böyük Britaniya və Fransa kimi dövlətlərin əlində cəmləşmişdi. Çinin nüvə sınağı keçirməsi dünya gücləri arasında hərbi və siyasi rəqabəti daha da gücləndirdi.
Çin rəhbərliyi nüvə proqramının ölkənin müdafiəsini gücləndirmək məqsədi daşıdığını bəyan etdi. Rəsmi açıqlamada Pekin heç bir şəraitdə nüvə silahından ilk istifadə edən tərəf olmayacağını da bildirdi.
MM.AZ
