Üzüm (tənək) ilbizi (Helix pomatia) 600 milyon il əvvəl peyda olub planetimizdə

Dünya
Cuppululuğuna baxmayaraq, çox da maraqlı varlıqdır.
Belə dalıyca danışmaq olmasın, cinsi sistemi hermofroditdir bu ilbizin, yəni arada bikarçılıqdan həm toxum, həm də yumurta hüceyrəsi hazırlayır qoyur ki, evdi də, birdən qəfil lazım olar. Nəsil artırma prosesi çox məzəlidir.
İki döyünən qəlb valideynləşmə proseduru ərəfəsində aferist-aferist bir-birilərinə baxırlar ki, görəsən bu dəfə ata olma şərəfi kimə qismət olacaq, analıq məzuniyyətinə çıxma şansı kimin üzünə güləcək. Həmin moment kişiliyi tutmuş ilbiz araya söz qatıb o biri ilbizin başını qatıb həmlə etmək üçün başlayır gic-gic söhbətlər eləməyə. Elə “Fikir verdin, o alma ağacındakı ifritə…” deməyə macal tapmamış bir də görür iş-işdən keçib və o biri ilbiz artıq gələcəyin atası yox – anasıdır.
Buna səbəb ilbizdəki iynələrlə dolu olan xüsusi kisəcikdir. O iynəciklər ki, ilbizlər tərəfindən romantik proses zamanı əzələ gücü hesabına cinsi orqanlarından bir-birilərinə atılaraq bədənlərinə sancılırlar. Bu iynələr hər iki ilbizdə reproduktiv maddələrin yaranmasına xidmət edir. Özü də maddə deyirəm e sizə! Onu ilbiz görməmişləyinə salıb o dəqiqə istifadə etməyə də bilər. Qara gün üçün saxlayıb sonradan bəhrələnə bilir. Bəzən ilbiz saxlayanlar təəccüblənirlər ki, 1 ildir evdə 1 ədəd ilbiz saxlayırlar və o qəfildən bala dünyaya gətirir (əksər növləri yumurta qoyur). Bu necə olur-filan? İndi artıq bilirsiz necə olur.
Nə isə, tutdu qatıq, tutmadı ayran söhbəti. Bu iynələşmənin nəticəsi də hansının ata, hansının ana olacağına qərar verir.
Yeri gəlmişkən, bir ara Avropada insanlar nətər basıb yedilərsə bu tənək ilbizlərini – yazıqların az qala kökü kəsilə. Fransa, Almaniya, Avstriya, İsveçrədə qanunla qorunanlardandırlar. Ona görə də xüsusi fermalarda bəsləyirlər onları (Yunanıstanda, məsələn), kilosunu da 5 ABŞ dollarına satırlar o biri ölkələrə. Delikates kimi. Ətləri 10% zülal, 30% yağ, 5% karbohidrat, B6, B12 vitaminləri, dəmir, kalsium, maqneziumla zəngindir.
Özlüyündə Yer üzündəki ən çoxdişli canlılardan sayılır bu ilbizimiz: 25 minədək dişi var, hamısı da sürtgəc kimi işləyir.

Fotoğraf açıklaması yok.
MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir