Türkiyənin Sakarya şəhərində itkin düşən və azərbaycanlı yeniyetmə tərəfindən qaçırıldığı iddia edilən 16 yaşlı qız dörd gün sonra tapılıb.
Gülər ailəsi ATV-də yayımlanan “Müge Anlı ilə Tatlı Sert” proqramına müraciət edərək, qızlarının oktyabrın 3-dən etibarən itkin düşdüyünü bildirmişdi.
Ailə qızlarının Azərbaycan əsilli 17 yaşlı Nadir Həsənov tərəfindən zorla saxlanıldığını iddia edirdi.
Məlum olub ki, Nihlenaz Gülər İstanbulda – ailəsinin adını çəkdiyi Nadir Həsənovun yanında aşkarlanıb.
Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində gənc qız sağ-salamat tapılıb və ailəsinə təhvil verilib.mm.az