Azərbaycan məhkəməsi Qurban Məmmədova 14 il iş oxudu

Kriminal
Xaricdə yaşayan bir sıra bloqerlər barələrində olan cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Bu gün, dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə prosesdə qiyabi hökm oxunub.
Hökmə əsasən, “Azerifreedom” internet kanalının rəhbəri Qurban Məmmədov 14 il, bloqer Orduxan Temirxan isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların hər ikisi hazırda mühacirətdədir. Dekabrın 26-da bu iş üzrə mühacirətdə olan başqa bloqer və fəallara da hökm oxunub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 214-2 (Terrorçuluğa açıq çağırışlar), 220.2-ci (Kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və başqa maddələrlə ittiham olunublar.
Onlar ittihamları qəbul etmirlər. Amma bu hökmə sözügedən şəxslərdən münasibət almaq mümkün olmayıb.

yazı görseli olabilir
MUASİRMEDİA.AZ