Bu gün Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərən Samiq Rizvan oğlu Rəhmanovun doğum günüdür

HƏRBİ
Bu gün Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərən Samiq Rizvan oğlu Rəhmanovun doğum günüdür.
Samiq Rəhmanov 1990-cı il yanvarın 3-də Astara rayonunun Səncərədi kəndində anadan olub. O, 2014-cü ildən müddətdən artıq hərbi xidmətə əsgər kimi başlayıb. Samiqin döyüşlərdə iştirakı isə 2016-cı ilin aprelinə, Lələtəpə əməliyyatına təsadüf edib.
Samiq Rəhmanov Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 2020-ci il oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Astara rayonunun Səncərədi kəndində dəfn olunub. Samiq Rəhmanov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir