Ötəri bir hismi, məhəbbətdimi,
Düzünü deməyim qəbahətdimi,
Dünyada başına yer qəhətdimi?-
Mənim ürəyimdə yer axtaran qız.
Düzünü deməyim qəbahətdimi,
Dünyada başına yer qəhətdimi?-
Mənim ürəyimdə yer axtaran qız.
Zili unutmusan, bəm istəyirsən,
Niyə gözlərini nəm istəyirsən?…
“Sən sevin” deyirəm, qəm istəyirsən-
Mənim ürəyimdə yer axtaran qız.
Sevən ürəyinlə ocaqsan, pirsən,
Yuxulu dolanma, dünyanı gör sən…
Peşiman olarsan qəlbimə girsən-
Mənim ürəyimdə yer axtaran qız.
Solubdu gülşənim, bağ yerim yoxdu,
Şamama quruyub, tağ yerim yoxdu.
Vallah, ürəyimdə sağ yerim yoxdu-
Mənim ürəyimdə yer axtaran qız,
Mənim ürəyimdə yer axtaran qız!
MUASİRMEDİA.AZ
Şərafəddin İlkin
