Bu gün Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Məmməd Səid Ordubadinin anadan olduğu gündür.

ƏDƏBİYYAT
Bu gün Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Məmməd Səid Ordubadinin anadan olduğu gündür.
Ədəbi fəaliyyətə dövri mətbuatda satirik yazılarla başlayan M.S.Ordubadi yaradıcılığının zirvəsini 1930-1950-ci illərdə yazdığı iri həcmli əsərlər təşkil edir. Onun “Qılınc və qələm”, “Dumanlı Təbriz” romanları dünyanın bir sıra dillərinə tərcümə edilib və dəfələrlə nəşr olunub. Ancaq çox təəssüf ki, bizlər hələdə bu kimi dahilərin bizlərə nə demək istədiyini anlamaq istəmirik. Məhz bu səbəbdən də yaradıcılıqları lazımi səviyyədə öyrənilmir, tədqiq olunmur.
Yazıçının erməni terrorundan bəhs edən “Qanlı sənələr” adlı tarixi oçerki ilk dəfə 1911-ci ildə “Səda” mətbəəsində çap olunub, sonra isə Sovet hakimiyyəti illərində qadağan edilib. Bizlər müstəqillik və mütləq qadağan olunmuş bu qəbildən olan sənədlər, əsərlər çap olunmalı və ictimaləşməlidir. Bu bizlər üçün tarixi bir şansdır. Fürsətlər göydə uçan buludlar kimidir.
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir