İdmançı güllələnərək qətlə yetirilib.

Kriminal
Rusiyanın Kaluqa şəhərində çoxnövçülük üzrə çempion Dmitri İsayev güllələnərək qətlə yetirilib.

 Hadisə gecə saatlarında baş verib. İdmançı ov tüfəngi ilə vurulub. Silahın İJ markalı olduğu ehtimal edilir.

Hüquq-mühafizə orqanlarının versiyasına əsasən, əsas şübhəli İsayevin münasibətdə olduğu qadının keçmiş sevgilisidir. Bildirilir ki, o, ayrılığı qəbul edə bilməyərək qısqanclıq zəminində hücum edib.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir