Məhərrəm ayı Peyğəmbər (s) nəslinin, onun əziz balalarının Kərbəla səhrasında amansızcasına qətlə yetirildiyi, haqqın batilə qarşı müqəddəs mübarizəsinin zirvəyə çatdığı bir hüzn və ibrət məktəbidir.
Bu ay bizə xatırladır ki, İmam Hüseyn (ə) və onun vəfalı səhabələri zülmə boyun əymədilər, haqqı yaşatmaq naminə şəhadəti seçdilər. Kərbəla təkcə bir faciə deyil, vicdanın, azadlığın, ədalətin və iman uğrunda fədakarlığın əbədi simvoludur. İmam Hüseyn (ə) və onun səhabələrinin şəhadəti əsrlər keçsə də, haqq ilə batilin mübarizəsinin əbədi simvolu olaraq yaşayır. Bu ay bizə Hürrün son anda haqqa dönüşünü, Həbib ibn Məzahirin ömrünün ahıl çağında belə vəfa və sədaqətlə İmamının yanında dayanmasını, Xanım Zeynəbin (s.ə.) isə əsarətdə belə haqqın səsini susdurmayan cəsarətini öyrədir.Bu məktəbin ən parlaq simalarından biri də Həzrət Əbəlfəzl Abbasdır (ə) qardaşına sədaqətin, əhdə vəfanın və mərdliyin əbədi simvolu. Allah Məhərrəm ayının hörmətinə qəlblərimizi Əhli-beyt sevgisi ilə nurlandırsın, bizi Həzrət Əbəlfəzl (ə) kimi vəfalı, Həbib ibn Məzahir kimi sədaqətli, Hürr kimi tövbəkar və Xanım Zeynəb (s.ə.) kimi haqqı uca tutan bəndələrindən qərar versin.
MUASİRMEDİA.AZ
