Bakıda gömrük terminalında meyit tapılıb.
Hadisə fevralın 19-da qeydə alınıb.
Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində yerləşən Gömrük Terminalının dayanacağında avtomobillərin altında Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Ələddin İsrafilovun meyiti tapılıb.
Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.
MUASİRMEDİA.AZ
