Rəfiqəsinin qızıllarını oğurlayan şəxs saxlanıldı-DİN

Hadisə
Paytaxtın Səbail rayonunda oğurluq hadisəsi baş verib. Zərərçəkən polisə müraciət edərək 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı S.Abbasova müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs rəfiqəsi ilə restoranda nahar edərkən onun qızıl-zinət əşyalarını çantasına qoyduğunu görüb və diqqətini yayındıraraq oğurluğu törədib.
Hadisədən sonra şübhələri üzərindən yayındırmaq məqsədilə S.Abbasova “102” Xidmətinə zəng edərək guya onun da 300 dollar pulunun oğurlanması barədə bilərəkdən yalan məlumat verib. Daha sonra o, taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazalarından birinə satıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
– Bir daha xatırladırıq ki, cinayət törətməklə yanaşı, polisə bilərəkdən yalan məlumat vermək də qanunvericiliyə əsasən məsuliyyət yaradır.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir