Araz Supermarket-də vaxtı keçmiş və kiflənmiş pendirlərin təmizlənərək yenidən paketləndiyini görən bir xanım bu vəziyyəti marketin daxilində telefonla lentə alıb. Videodan da göründüyü kimi, bəzi işçilər xanımı çəkiliş etməkdən yayındırmağa çalışıblar. Burada söhbət təkcə bir məhsuldan getmir, insanların sağlamlığından, istehlakçı hüquqlarından və ən əsası, etibardan gedir.
Qida məhsullarının saxlama müddəti və keyfiyyəti ilə manipulyasiya etmək böyük məsuliyyətsizlikdir. Belə hallarda ən doğru yol məsələni ört-basdır etmək yox, açıq və şəffaf araşdırma aparmaqdır. Cəmiyyətə aydın izahat verilməli, günahkarlar müəyyənləşdirilməli və qanun çərçivəsində tədbir görülməlidir. İnsanlar alış-veriş edərkən məhsulun təhlükəsiz olduğuna inanmalıdır.
Unutmaq olmaz ki, qazanc müvəqqətidir, amma itirilən güvən uzun müddət bərpa olunmur. Sağlamlıqla oynamaq isə heç vaxt bağışlanacaq səhv deyil.

muasirmedia.az
