Məktəblərdə I–II sinifləri üçün “Balaca pianoçu” adlı yeni dərs vəsaiti nəşr olunub-foto

Təhsil
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə incəsənət məktəblərinin I–II sinifləri üçün “Balaca pianoçu” adlı yeni dərs vəsaiti nəşr olunub. ✨
Fevralın 20-də Azərbaycan Milli Kitabxanasında kitabın təqdimatı keçirilib.
Qeyd olunub ki, fortepiano ixtisası üzrə uzun illər istifadə olunan vəsait 1955-ci ildən tətbiq edilirdi və müasir pedaqoji tələblərə cavab vermirdi.
Milli düşüncə və yeni bəstəkarlıq nümunələri əsasında hazırlanan “Balaca pianoçu” fortepiano ixtisası üzrə ilk milli dərs vəsaiti kimi yüksək qiymətləndirilib.

MuasirMedia.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir