İran İslam Respublikasının ali lideri Ayətullah Əli Xameneinin həlak olmasından sonra ölkə üzrə minlərlə insan matəm mitinqlərinə çıxıb.
Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilir ki, insanlar Tehranın mərkəzi meydanına axışmağa davam edir:
“İran paytaxtının sakinləri meydana Ali Liderin portretləri və dövlət bayraqları ilə toplaşıblar. Onlar Əli Xameneinin ö*ümü fonunda qisas zərbələri tələb edirlər”.
Yerli “Fars” xəbər agentliyinin məlumatına görə, Urmiya şəhərində də insanlar toplaşıb. Dehdəşti şəhərində də insanlar Ali Liderin xatirəsini yas tuturlar.
Xatırladaq ki, İranın ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öLdürülüb.

MM.AZ
