1551-ci ildə məşhur Əhlət savaşında Osmanlı ordusu ağır itkilərə məruz qalır.
– Bu savaşdan sonra Sultan Süleymanın sevimli həyat yoldaşı, Osmanlı sarayının altını-üstünə çevirən Xürrəm Sultan Şah Təhmasibin həyat yoldaşına məktubunda yazır ki, “ərinizə deyin ki, bu savaşları dayandıraq və sülh olsun”.
– Təhmasibin həyat yoldaşı türk qızı idi.
– Bu qayda idi. Vəliəhdin anası mütləq türk qızı olmalıdır.
– O, Dağıstan türklərindən, kumıklardan idi. Amma o zaman belə bir bölgü yox idi.
– Bu türk qızının Xürrəm Sultana cavabı çox orijinaldır:
“Bizim ərlərimiz arvadlarının sözü ilə oturub durmur. Yaxşı olardı ki, bu məktubu onun bacısına yönəldəsiniz”.
– Məktub Təhmasibin bacısı Pərixan xanıma yönəldiləndən sonra 1555-ci ildə məşhur #Amasya_müqaviləsi imzalanır.
MM.AZ
