28 Mart – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi və Xüsusi Xidmət Orqanları əməkdaşlarının peşə bayramı münasibətilə bütün əməkdaşları ürəkdən təbrik edirəm!
Sizlər hər zaman dövlətimizin müstəqilliyinin, xalqımızın təhlükəsizliyinin keşiyində dayanaraq yüksək peşəkarlıq, ayıq-sayıqlıq və fədakarlıq nümayiş etdirirsiniz. Milli maraqlarımızın qorunması, düşmən qüvvələrin qarşısının alınması, sabitliyin və əmin-amanlığın təmin olunması yolunda gördüyünüz işlər hər cür ehtirama layiqdir.
Sizə bu məsuliyyətli və şərəfli xidmətinizdə möhkəm can sağlığı, uğurlar, qətiyyət və yeni nailiyyətlər arzulayıram. Vətənə xidmət yolunuz daim uğurlu və şərəfli olsun!
Bayramınız mübarək!
MUASİRMEDİA.AZ
