Avropa İttifaqı İranla bağlı qəraı gücəndiridi

Dünya

Avropa İttifaqı İrana qarşı sanksiyaların müddətini  uzatmaq qərarı verib.

 “Yerusəlim Post”  yeni məlumat yayıb.

Məlumata görə, Aİ insan haqlarının pozulmasına görə İrana qarşı sanksiyaları bir il uzadıb.

Sanksiyalar əsasən təhlükəsizlik rəsmiləri, dövlət qulluqçuları, penitensiar və məhkəmə sistemlərinin işçiləri olan 262 şəxsə, eləcə də 53 təşkilata şamil olunur. Fərdlər üçün məhdudiyyətlərə Aİ-yə giriş qadağası və Avropa banklarındakı aktivlərin dondurulması daxildir.

Hüquqi şəxslər üçün sanksiyalara aktivlərin dondurulması və Avropa iş adamları ilə onlar arasında hər hansı bir əlaqənin qadağan edilməsi daxildir.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir