İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı ilə bağlı sərt bəyanat yayıb.
Bəyanatda bildirilir ki, bu səhər ABŞ prezidentinin boğazın açıq olması ilə bağlı açıqlamalarından sonra müxtəlif ölkələrə məxsus üç konteyner gəmisi tranzit üçün nəzərdə tutulmuş dəhlizə daxil olmağa cəhd edib. Lakin İİKK Hərbi Dəniz Qüvvələri tərəfindən edilən xəbərdarlıqdan sonra gəmilər geri qaytarılıb.
SEPAH rəsmiləri Hörmüz boğazının bağlandığını açıqlayaraq, bölgədə istənilən hərəkətin sərt cavabla qarşılanacağını vurğulayıb.
Bəyanatda həmçinin qeyd olunub ki, “Sionist-Amerika düşmənlərinin” müttəfiqlərinə və tərəfdarlarına məxsus limanlara istiqamətlənən gəmilərin istənilən marşrut üzrə hərəkəti qadağandır.
MM.AZ
