Deyilənə görə, “Paris XX əsrdə” kitabını Jül Vern 1863-cü ildə yazıb.

ƏDƏBİYYAT
Deyilənə görə, “Paris XX əsrdə” kitabını Jül Vern 1863-cü ildə yazıb. Kitabda metro, avtomobil, elektrik stulu, kompüter və hətta internet haqqında dəqiq təsvirlər verilib. Orada texnologiyanın hər şeyi üstələməsi, sənətin dəyərdən düşməsi, ədəbiyyat və humanitar düşüncənin lazımsız sayılması, tənhalıq və yadlaşma kimi mövzulardan bəhs edilir. Əsərin qəhrəmanı belə cəmiyyətə adaptasiya ola bilmir.
Bu kitabı redaksiyaya təqdim edən yazıçı etirazla üzləşib. Naşir belə “sərsəmləmə”ni qəbul etməyib və yazıçı da təkid etməyib. Bunun üstündən 120 ildən çox vaxt keçib. Yalnız 1989-cu ildə əlyazma Jül Vernin nəticəsinin əlinə keçəndən sonra onun təşəbbüsü ilə ilk dəfə 1994-cü ildə nəşr olunub.

24 mart dünyaşöhrətli fantast JÜL VERN dünyadan köçüb.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir