35 illik fasilədən sonra ŞUŞANI ZİYARƏT EDƏN SƏNƏTKAR

Mədəniyyət
“İnsan yanılanda peşiman olur, mən yanıldığıma çox sevindim…” – 35 illik fasilədən sonra yenidən ailəsi ilə birlikdə ziyarətə gəldiyi Şuşanın İsa bulağında belə demişdi.
Mən onunla heç vaxt şəxsən görüşməmişəm, şəxsi tanışlığımız olmayıb, həyatda yollarımız heç vaxt kəsişməyib.
Ancaq bir-birimizi həmişə çox sevmişik: o, məni “Babək” kimi, “Beyrək” kimi, “Mirzə Fətəli” kimi, “Nəsimi” kimi, “Səlim bəy”, “Əziz”, hətta “Cəbi” kimi, “Davud” kimi sevib, mən isə onların hamısını və burada söhbəti uzatmamaq üçün qeyd etmədiyim başqalarını sevdiyim kimi.
“Qeyri-adi ov”un isə qəlbimdə ayrı səbəbdən ayrı yeri var…
Bir də İsa bulağında 35 ildən sonra gəlib üzünə bir ovuc su vuran Rasim Balayev kimi…
Yeri behişt olsun!..((
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir