“Rasim məni qucaqlamağa utanırdı ki, görənlər nə deyər?”-VƏFA

Mədəniyyət
“Rasim məni qucaqlamağa utanırdı ki, görənlər nə deyər?”.
Foto 1975-ci ildə Kinostudiyanın pavilyonunda “Firəngiz” filminin çəkilişlərindəlentə alınıb. Həmin ekran işində baş qəhrəmanı, Raykom katibi Firəngiz Tahirovanı oynayırdım. Rasim Balayev isə həyat yoldaşım Muradı canlandırırdı. Rejissor Əbdül müəllim Rasim Balayevi dilə tutur ki, məni möhkəm qucaqlasın. Üç dubl etdilər, amma kadr alınmırdı. Bu Rasimin ilk filmi deyildi, buna qədər bir neçə rolda çəkilmişdi. Amma həmin səhnədə qucaqlaşmağa utanırdı ki, görənlər nə deyər?. Axırda rejissor hirslənir: “Firəngiz sənin arvadındır qonşun deyil, onu elə qucaqlamalısan ki, təbii alınsın”. Nəhayət uzun sürən danışıqlardan sonra çətinliklə də olsa kadrı çəkə bildilər. Rasimlə bir də iki il sonra “De ki, məni sevirsən” filminin dublyajında işlədik. O, müstəntiqi, mən isə Zemfira Sahilovanı səsləndirdim. “Firəngiz” çəkidiyim yeganə bədii film oldu. Rasimin qəhrəmanı “Murad”ın dili ilə desək, göydən üç alma düşdü, nağıl da bitdi!

Paylaşdı: Vəfa Fətullayeva səhifəsi.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir