27 RUS GƏMİSİNƏ ƏL QOYAN KƏŞFİYYATÇIMIZ

Tarix
(Türkmənçay müqaviləsini parça-parça etdi)
Çar rusiyası dağıldıqdan sonra bir qrup general çar rusiyasını bərpa etmək üçün fəaliyyət göstərir. General Denikinin başçılığı ilə hərəkət edən ordu şimali qafqazı işğal edir və Azərbaycan Cümhuriyyətinə ultimatumlar göndərir.
Bolşeviklər Denikin ordusunu məğlub etdikdən sonra generallar gəmilərlə Xəzər dənizinə çıxırlar.
Bir gün 3 polkovnik Azərbaycan hökumətinə müraciət edərək Xəzərin Ənzəli limanında (İran ərazisi ) 27rusiya gəmisi olduğunu deyir. Onlara təhlükəsiz şərait yaradılmasını istəyən rus hərbçilərinə cavab veriləcəyi deyilir.
Nəsib bəyin göstərişi ilə gəmi heyətinin nümayəndələri ilə İrana aid hissədə, ingilislərin gözü qarşısında görüşə gedən Azərbaycan kəşfiyyatçısı generallara -“artıq gəmilər içindəki silah sursatla birlikdə Azərbaycan hökumətinə aiddir” deyir və hər gəmiyə asılması üçün 27 AZƏRBAYCAN bayrağı verir.
İranın, İngilislərin gözləri qarşısında rus bayraqları endirilir və gəmilərə Azərbaycan bayrağı asılır.
Nağı bəy Şeyxzamanlı davamında qeyd edir ki, gözlərim yaşla bu mənzərəni izləyirdim. Çünki Türkmənçay müqaviləsi ilə ruslar və iran arasında ikiyə parçalanmış Azərbaycanın övladı bir əmri ilə iran ərazisində rus bayraqlarını endirir və gəmilərə Azərbaycan bayrağını asdırırdı.
Vətənin övladı bir əmri ilə Türkmənçay müqaviləsini parça-parça etmişdi.
Bu xalqımızın qələbəsi idi.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir