Sona İbrahim qızı Vəlixan – ilk ali təhsilli azərbaycanlı qadın həkim

Tarix
Sona İbrahim qızı Vəlixan
Göz həkimi, əməkdar elm xadimi, professor, Azərbaycan Tibb İnstitutunun kafedra müdiri, Azərbaycan ET Oftalmalogiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Sona xanım 19 iyun 1883-cü ildə Qazaxda anadan olub.
Sona xanım 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirmiş və Azərbaycanda ilk ali təhsilli həkim qadın olmuşdur.
İlk oftalmoloq qadın ( 1933) olan Sona Vəlixan tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycanlı qadındır. Elmi işinin dərinliyinin və dəyərinin təsdiqi 1931-ci ildə “Endoftalmitin patoloji anatomiyasına dair” məqaləsi Nobel komitəsinin diqqətini özünə cəlb edir və onun Nobel mükafatına namizədliyi qeydiyyata alınır.
İkinci Dünya Müharibəsinin başlanması səbəbindən onun elmi işi müvəffəqiyyət qazanmayır. Qırmızı ulduz ordeni, Tibb əlaçısı döş nişanı, eləcə də iki medalla təltif olunur. İbrahim Rəhimovun qızıdır. Sona xanım 4 aprel 1982-ci ildə 98 yaşında Bakıda vəfat edib.
Allah rəhmət eləsin !

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir