İranın “Press TV” telekanalı Ramzan Kadırov haqqda məlumat yayıb

Dünya

Çeçenistan rəhbəri Ramzan Kadırova sadiq hərbi bölmələr ABŞ və İsrailin İrana qarşı mümkün quru əməliyyatı həyata keçirməsi halında İran Silahlı Qüvvələrinə dəstək vermək üçün bu ölkəyə yerləşməyə hazır olduqlarını bəyan ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın “Press TV” telekanalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, çeçen bölmələri hazırkı ABŞİsrailİran qarşıdurmasını “dini müharibə” və “İslam dünyasını sabitsizləşdirməyə yönəlmiş təcavüzə qarşı mübarizə” kimi dəyərləndirirlər.

Bildirilir ki, mümkün müdaxilə İranın suverenliyinin müdafiəsi üçün “cihad” – xeyirlə şər arasında mübarizə kimi təqdim olunur.

“Press TV”nin açıqlamasına görə, çeçen hərbi birləşmələri ABŞ quru qoşunları hücum edəcəyi təqdirdə İran ərazisinə göndərilməyə və döyüş əməliyyatlarında iştirak etməyə hazır olduqlarını açıqlayıblar.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir