Biz Qarabağ hərəkatını davam etdirməməliyik, çünki Azərbaycan və Ermənistan arasında sülh bərqərar olunub – Paşinyan.
Ermənistanın baş naziri Nikol Paşinyan ölkə ictimaiyyətinə müraciət edərək strateji bir amilə toxunub. O bəyan edib ki, hazırkı şəraitdə Qarabağ hərəkatını davam etdirmək mənasızdır.
Paşinyanın sözlərinə görə, Azərbaycanla Ermənistan arasında artıq sülh əldə edildiyi üçün köhnə gündəmlərə sadiq qalmaq dövlət maraqlarına xidmət etmir. Baş nazir qeyd edib ki, regionda yaranmış yeni reallıqlar sülhün qorunmasını və gələcəyə fokuslanmağı tələb edir.

MUASİRMEDİA.AZ
