Salyanda yol kənarında aşkarlanan naməlum kişi meyitinin kimliyi müəyyənləşdirilib.
Yanvar ayının 31 – dən itkin düşən Salyan sakininin meyiti bu gün səhər saatlarında yol kənarındakı kollektordan aşkarlanıb.Rafael Nəsirov bu ilin yanvar ayının 31-dən itkin düşmüş şəxs kimi axtarılırdı. Onun meyiti Kürqaraqaşlı kəndi ərazisində, yol kənarında yerləşən kollektorda təmizlik işləri aparan Neftçala Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib.Mərhumun yaxınlarının sözlərinə görə, ailə üzvləri iki aya yaxın müddətdə Rafael Nəsirovu tapmaq üçün müxtəlif ünvanlarda axtarış aparıb. Bildirilir ki, son dövrlər onun yaddaşında problemlər yaranmışdı.Uzun illər sürücü kimi fəaliyyət göstərən Rafael Nəsirovun ehtiyatsızlıq nəticəsində kollektora düşərək boğulduğu ehtimal edilir. Meyit müvafiq ekspertiza prosedurlarından sonra ailəsinə təhvil verilib. Faktla bağlı Salyan Prokrurluğunda araşdırma aparılır.

MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU SALYAN