Aprelin 13-dən 19-dək… – Rəsədxanadan xəbərdarlıq

Dünya

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan  bildirilib ki, Günəşin fəallığı zəifləyib və əsasən B sinif alışmalar qeydə alınıb. Alışmalara bağlı olaraq tac kütlə atılmaları (TKA) qeydə alınıb. Günəşin səthində ləkələrin sayı azalıb.

Günəş küləyinin maksimal sürəti saniyədə 701 kilometrədək artıb. Hazırda Günəş küləyinin sürəti saniyədə 431 kilometrdir.

Tac dəliyi axınlarının təsiri ilə geomaqnit sahəsi sakit-aktiv səviyyələr arasında dəyişib.

Aprelin 13-dən 19-dək C sinif alışmanın baş verməsi ehtimalı 75 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 10 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faizdir.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir