Şəhid leytenant Allahverdiyev Elşad Zaməddin oğlu 5 aprel 1997-ci ildə Göygöl şəhərində anadan olmuşdur.2003-cü ildə Göygöl şəhər 1 saylı tam orta məktəbinin 1-ci sinfinə getmişdir.2011-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir.
2011-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdur. 2014-cü ildə həmin məktəbi bitirib Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuşdur. Ali hərbi təhsilini 2014-2018-ci illərdə Rusiya Federasiyasında davam etdirmişdir .2019-cu ildən N saylı hərbi hissədə leytenant kimi xidmətini davam etdirmişdir.
27 sentyabr 2020-ci ildə 2-ci Qarabağ müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Elşad Allahverdiyev 23 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra Vətən uğrunda, Cəsur döyüşçü, İgidliyə görə 3-cü dərəcəli, Şuşanın azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib. Subaydır.
Allah Şəhidlərimizə rəhmət eləsin.Məkənları cənnət olsun.Hər birinin ruhu qarşısında baş əyirik.
MUASİRMEDİA.AZ
