ARFHN-nin Sumqayıt Regional Mərkəzinin uğurlu kurs iştirakçılarının təşəkkürü

Cəmiyyət
Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin 《Rəhbər heyətin mülki müdafiə və fövqaladə hadisələrdən mühafizə sahəsində hazırlanması》proqramı əsasında hazırlıq kursunu uğurla başa vurduq.
Kursda – oxuyub, təhsil-təlim aldığımız müddətdə, kursun bütün iştirakçıları və dinləyiciləri, başda Mərkəz Rəisi cənab Polkovnik Vaqif müəllim olmaqla, mərəzin bütün heyəti tərəfindən xüsusi diqqət və hörmətlə əhətə olunmuşdur.
Xüsusi olaraq qeyd edim ki, Mərkəz Rəisi cənab Polkovnik Vaqif Fətullayev hər gün kurs iştirakçıları, dinləyiciləri ilə xüsusi maraqlanır, kurs dönəmində lazım olan bütün dəstək və qayğılarını əsirgəmədi.
Kurs iştirakçıları olan dinləyicilər, Fövqaladə Hallar Nazirliyinin tabeliyində olan bütün qüvvə və vasitələri, avadanlıqları ilə əhatələnmiş tədris prosesi icra olunmaqla yanaşı, praktiki olaraq da yerində tanış olub, hər bir vasitənin iş prinsipi mütəxəssislər tərəfindən diqqətə çatdıldı.
Təlim-tədris prosesinə cəlb olunan hər bir mütəxəssis Fövqaladə Hallar Nazirliyinin yüksək səviyyəli peşəkar mütəxəssisləri nəyinki ölkə daxilində, həmçinin də ölkə xaricində müxtəlif proqramlarda iştirak etmiş və xarici ölkələrdə fövqaladə hallar əməliyyatlarında, hadisələrində bir başa iştirak edib yüksək hazırlıq keçiblər.
Göstərilən diqqət, gözəl münasibət və təlim-tədris prosesinin yüksək səviyyədə təşkilinə görə Fövqaladə Hallar Naziri cənab General-polkovnik Kəmaləddin Heydərov və Sumqayıt Regional Mərkəzinin rəhbəri cənab Palkovnik Vaqif Fətəliyevə təşəkkürümü və minnətdarlığımı bildirirəm.

MUASİRMEDİA.AZ GÜLƏR AMİN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir