Salyaninsanlara şəfa verən xeyli sayda müalicəvi əhəmiyyətli isti sular, palçıq vulkanlar və yanar bulaqlarla zəngindir.
Belə müalicəvi əhəmiyyətli isti sular daha çox Babazənan dağlarında mövcuddur.
Bir anda alovlanan yanar bulaq 10-15 kilometr aralıda yerləşən Babazənan silsilə dağlarındandır. Çılpaq olsa da bu dağlarda kifayət qədər müalicəvi əhəmiyyətli isti sular var. Onlardan biri də yanar bulaqdır. Daha doğrusu, köhnə neft quyusundan qaynayan bulaq. Ötən əsrin 60-cı illərində burda bir neçə yerdə neft buruğu qazılıb. İstifadə edilmədiyindən bağlanıb. Neft, qaz və kükürdlü olansu uzun illərdir ki, beləcə qaynayaraq alovlanır.Rayon sakini Mahir Cavadovun sözlərinə görə sonuncu dəfə 5 il bundan öncəbu quyuda güclü alov baş verib. Üç-dörd gün davam edən alovun hündürlüyü 25-30 metrə çatıb. Hətta alovu rayon mərkəzindən müşahidə etmək belə mümkün olub. Ekoloqlar hesab edir ki, Babazənan silsilə dağları müalicəvi əhəmiyyətli isti sularla yanaşı, həm də neft-qaz yataqları ilə zəngindir. Mütəxəsislərin fikrincə, bu yerlərdə kəşfiyyat xarakterli qazıntı işləri aparılarsa, neft, qaz mədənləri aşkar etmək olar.Həmçinin bu ərazidə turizmin inkişaf etdirilməsi üçün potensial imkanlar da var. Yetər ki, müalicəvi suların ətrafında lazımi şərait yaradılsın.

MuasirMedia.az
Yaqub Mehdioğlu Salyan.