Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilən sosial-iqtisadi inkişaf proqramları ölkənin dayanıqlı inkişafını, rəqabətqabiliyyətli iqtisadiyyatı və əhalinin sosial rifahının yüksəldilməsini hədəfləyir.
Hazırda əsas diqqət 2030-cu ilə qədər olan dövrü əhatə edən strateji hədəflərə yönəlib.Əsas Sosial-İqtisadi İnkişaf Proqram və Strategiyaları:”Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”: 2 fevral 2021-ci il tarixli sərəncamla təsdiq edilən bu sənəd ölkənin uzunmüddətli inkişafının 5 əsas istiqamətini müəyyən edir:Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat.Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət.Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı.İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış.Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.” Beləliklə İnsan zəhmətkeş deyilsə o,xoşbəxt ola bilməz. Hər bir insan zəhməti ilə seçilir. Atalarımızdan miras qalan “İşləməyən dişləməz” kəlamı bu gün də aktuallığını qoruyub saxlayır. Lakin zaman dəyişdikcə əmək bazarının qaydaları da yenilənir. Xüsusilə texnologiyanın sürətli inkişafı bir tərəfdən insanların həyatını asanlaşdırsa da, digər tərəfdən iş yerlərinin sayına təsir göstərir. Əvvəllər iri zavod və fabriklərdə yüzlərlə insan çalışırdısa, bu gün müasir texnologiyaların tətbiqi nəticəsində həmin müəssisələrdə daha az sayda işçi qüvvəsinə ehtiyac duyulur. Bu tendensiya təkcə sənaye sahəsi ilə məhdudlaşmır, eyni zamanda kənd təsərrüfatında da özünü göstərir. Belə bir şəraitdə yeni iş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. İş imkanları açılan kimi bölgələr arasında bir növ sağlam rəqabət yaranır və hər kəs öz rayonunun sakinlərini işlə təmin etmək üçün səylərini artırır. Bu baxımdan Biləsuvar rayonunda həyata keçirilən Günəş paneli layihəsi xüsusi qeyd olunmalıdır. Qafqazın ən böyük layihələrindən biri hesab edilən bu təşəbbüs artıq 1500-ə yaxın insanı işlə təmin edib. Layihə yalnız bir rayon üçün deyil, ətraf bölgələr üçün də mühüm sosial-iqtisadi əhəmiyyət daşıyır. Salyan rayonu da bu prosesdə fəal iştirak edən bölgələrdəndir. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun diqqət və səyləri nəticəsində bu layihə çərçivəsində 300-dən artıq Salyan sakini işlə təmin olunub. Bu, həm məşğulluğun artırılması, həm də əhalinin sosial rifahının yaxşılaşdırılması baxımından mühüm nəticədir. Layihədə çalışan işçilər üçün əlavə sosial imkanlar da yaradılıb. Belə ki, onlar nahar yeməyi və nəqliyyat xidməti ilə təmin olunurlar ki, bu da iş şəraitinin daha əlverişli olmasına xidmət edir. Bununla yanaşı, Salyan rayonunda sahibkarlığın inkişafına da xüsusi diqqət yetirilir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə hərtərəfli şərait yaradılır, onların fikirləri dinlənilir və yeni iş yerlərinin açılması istiqamətində dəstək göstərilir. Bu yanaşma həm iqtisadi inkişafı sürətləndirir, həm də bölgədə məşğulluq səviyyəsinin yüksəlməsinə səbəb olur. Kənd təsərrüfatı sahəsində də müsbət dinamika olunur. Yerli fermerlər dövlətin göstərdiyi qayğıdan faydalanaraq taxıl və yonca əkinlərini həyata keçirib, suvarma işlərini başa çatdırıblar. Pambıq sahələrində isə artıq əkin prosesinə start verilib. Nəticə etibarilə, texnologiyanın yaratdığı çətinliklərlə yanaşı, düzgün idarəetmə və məqsədyönlü layihələr sayəsində yeni imkanlar da yaranır.
Əsas məsələ bu imkanlardan səmərəli istifadə edərək insanların məşğulluğunu təmin etmək və davamlı inkişafı qorumaqdır.MUASİRMEDİA.AZ
FUAD QƏHRƏMANOV