Qız qaçırma, adam oğurluğu cinayətidir
Tovuzda adam oğurluğunda şübhəli bilinən şəxslər saxlanılıb.
Aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə rayon sakini olan 19 yaşlı xanımın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə xanımın yeri qısa zamanda müəyyən edilərək ailəsinə təhvil verilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
________
Unutmayın ki, qız qaçırma adət deyil, cinayətdir. Bu əməl qanunla adam oğurluğu kimi qiymətləndirilir və ciddi hüquqi məsuliyyət yaradır. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
MUASİRMEDİA.AZ
