Düşüncələr
Dünya dağılır…,,?
Dünya dağılır…,,?
Gözümüz baxa-baxa,gözümüz görə-görə dağılır dünya.Fantastik filmlərdə,cizgi filmlərində gördüyümüz fantastik saydığımız həyat reallaşıb.
Depremlər-zəlzələlər,bioloji basqılar _ viruslar yer üzünü alıb başına,vurub dişinə,çeynəyir..
Səbəb,əlac axtarır Dünyanın Başbilənləri.Dünyanı dağılmaqdan xilas etməkdən ötrü.
Amma səbəb ortada,bəllidir,məlumdur: Dünyamızın tarazlığı pozulub. Sadəcəsinə desək, tərəzinin gözü əyilib.Həyatda olan pisliklər yaxşılıqları vurub keçib,üstələyib.
Şər Xeyirə güc gəlib.
Nağılların sonunda həmişə uzun əzab-əziyyətdən, zoruqlardan-çətinliklərdən Xeyir üzüağ çıxır,qalıb gəlir.Bu Xeyirə heç də asan başa gəlmir.Itkiləri çox olur…
Hər bir xəstəliyin səbəbi bilindikdə,əlaçı da tez tapılır.Demək ki,Dünyanın Dağılma səbəbini bildik.Əlac etməyə neçə,gücümüz yetəcəkmi?
Ümidimizi Dünyanın-nağılının sonuna bağlayaq.
MM.AZ