Sükan arxasında uyuşdurucu qəbul edən sürücü polisə tuş gəldi

Cəmiyyət
Martın 20-də saat 16 radələrində Səbail rayonunun Şıx qəsəbəsi ərazisində “Ford” markalı avtomobillə yol hərəkəti qaydalarını pozan şəxs Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü Emin Vəliyevin narkotik vasitənin təsiri altında olması müəyyən olunduğundan barəsində protokol tərtib edilərək Səbail RPİ-nin 41-ci Polis Şöbəsinə təhvil verilib. Avtomobilə baxış zamanı oradan marixuana aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir