Bir dəfə Üzeyir Hacıbəyov konservatoriyaya qəbul edilmiş istedadlı gənc qızın ağladığını görüb soruşur: “Qızım, niyə ağlayırsan?”. Gənc qız “hörmətli professor məni qəbul etdiyinizə görə sağ olun, amma oxuya bilməyəcəyəm. Çünki evdə pianom yoxdur”, – cavabını verir. Üzeyir bəy qızdan evinin ünvanını soruşur. Axşam qız evə gələndə anası deyir: “Qızım evə piano gətirdilər. Sənin adını soruşdular. Nə qədər xəbər aldımsa, ancaq “mübarəkdir”, deyib getdilər”.
MUASİRMEDİA.AZ