Sərrast tüfəng atmağı bacaran xanım.
1920-ci ilin martında ermənilər Əsgəran qalasını turanda Həmidə xanım 200-dək silahlı adam yığır. Tüfəngi, azuqəsi ilə Ağdama yollanır. Lakin döyüşçülər ona deyirlər ki, sən qadınsan, geri qayıt. Belə olduqda yaylığını yerə atıb, “əgər Əsgəran yolunu açmasanız, bu yaylıq sizə haram olsun”, – deyir. Döyüşçülər yolu açırlar. Mirzə Cəlil xanımına sərtiyinə, mübarizliyinə görə “o, qadın deyil, tumanlı generaldır”, – deyirdi.

Həmidə xanım xeyriyyəçi idi, “Molla Nəsrəddin”ə maddi yardımlar edirdi. Ata yurdu Şuşa qəzasının Kəhrizli kəndində yoxsullara yardımlar göstərirdi. Kəhrizlidə xalçaçılıq məktəbi yaradıb və kasıb ailələrin uşaqlarını ora cəlb edib. Mirzə Ələkbər Sabir xəstələnəndə onun müalicəsinə maddi yardım etmişdi.
SSRİ-də bəy və mülkədarlar qarşı repressiyalar başlayanda Əhməd bəyin qızı Həmidə Cavanşirin də sürgün olunmasına hazırlaşırdılar. Yalnız Mirzə Cəlilin çoxsaylı cəhdlərindən sonra onun adı siyahıdan çıxarıldı. Həmidə xanım 1930-cu ilin dekabrında Kislovodskidə müalicə olunan əri Mirzə Cəlilə yazırdı: “Özünə fikir ver. İşləmə, həyəcanlanma. Sən xoşbəxt atasan, uşaqların səni çox sevir”.

MM.AZ