Bir müddət əvvəl “Quran” kitabını yandırması ilə gündəmə gələn Elxan Nəbiyevin xəbəri cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Sosial şəbəkələrdə ona həm rəhmət diləyənlər, həm də sərt tənqid edənlər fikirlərini bölüşürlər. Xüsusilə, “ateistə və ya “Quran”ı yandırana rəhmət oxumaq günahdırmı?” sualı ciddi debat yaradıb.
Sosial şəbəkələrdə ona həm rəhmət diləyənlər, həm də sərt tənqid edənlər fikirlərini bölüşürlər. Xüsusilə, “ateistə və ya “Quran”ı yandırana rəhmət oxumaq günahdırmı?” sualı ciddi debat yaradıb.
Din baxımından bu məsələyə yanaşma necə olmalıdır?
Globalinfo.az-a danışan ilahiyyatçı Tural Irfan deyib ki, İslama görə, hətta dinin əleyhinə olan bir simvolu belə təhqir etmək olmaz:
“Müqəddəs kitabda müsəlmanlara buyurulur ki, bütpərəstlərin ibadət yerlərini təhqir etməyin, əks halda onlar da sizin dininizə həqarət edərlər. Bu gün dünyada iki milyarda yaxın insan “Quran”a müqəddəs kitab kimi inanır. Bir çox ölkələrdə dövlət başçıları andiçmə mərasimində bu kitaba əl basırlar. Ümumiyyətlə, kitab yandırmaq və ya təhqir etmək barbarlıq və mədəniyyətsizlikdir. İnanmaya, qəbul etməyə bilərsən, amma yandırmaq, cırmaq sivil və mədəni cəmiyyətlərdə qəbuledilməzdir”.
İlahiyyatçı qeyd edib ki, ölmüş insana rəhmət diləmək müsəlmanların ənənəsidir:
“Ateistlər rəhmət anlayışını qəbul etməsələr də, bu, bir inanc məsələsidir. “Quran”a hörmətsizlik edən və ya onu yandıran bir şəxs bədbəxt aqibətlə üzləşibsə, deməli, yaradan onunla məşğul olub. Buna görə həmin şəxsin taleyini insanların müzakirə edib böyütməsi doğru deyil. Lakin törədilən hərəkətin sağlam tənqid olunması haqlıdır və bu cür hadisələrin təkrarlanmaması vacibdir. Müqəddəs kitabları yandırmaq və təhqir etmək inanclı insanları qəzəbləndirir, onları təxribata çəkir. Bu, cəmiyyətdə qarşıdurma və zorakılıq yarada bilər.
Məsələn, Hindistanda inək müqəddəs sayılır. Orada küçədə inəyi təhqir etsəniz, insanlar ağır reaksiya verə bilər. “Quran” da milyonlarla insanlar üçün qiymətlidir. Bu kitaba qarşı açıq-aşkar təhqirlərin böyük qarışıqlığa, cinayətlərə və düşmənçiliyə yol açması mümkündür. Ona görə də inanclı və inancsızlar arasında gərginlik yaratmaq əvəzinə, hörmətli münasibət və müzakirə yolu seçilməlidir. Belə əməlləri törədən şəxslərin həyatı və ya ölümü haqda danışmaq da yanlışdır”.
Qeyd edək ki, Elxan Nəbiyevin uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilib. Bəzi məlumatlarda isə onun həyatına qəsd etdiyi vurğulanır.
MM.AZ
MM.AZ