Səqifədakı hadisə dini məsləhətləşmə yox, açıq siyasi sövdələşmə idi. Əbu Bəkrin seçilməsi qəbilə balansının, qəfil müdaxilənin və siyasi hiylənin nəticəsi oldu. Əli və Məhəmmədin ailəsi kənarda saxlanıldı, onların haqqı tapdalandı. Bu isə açıq şəkildə göstərir ki, “ümmətin birliyi” iddiası sadəcə boş söz idi.
Xilafət dini missiya yox, hakimiyyət, sərvət və nüfuz uğrunda mübarizə idi. Əgər doğrudan da “Allah üçün” hərəkət edirdilərsə, niyə müsəlmanlar Cəməl və Siffeyndə bir-birini qırdı? Niyə minlərlə insan bir-birinə “kafir” damğası vurdu? Niyə hakimiyyətə yiyələnmək üçün din dildə, amma siyasət əməlində ön planda idi?
Tarix göstərir ki, erkən İslam liderləri də insani ehtiraslardan, hakimiyyət hərisliyindən xilas ola bilmədilər. Dini dəyərlər onların əlində vasitəyə çevrildi: xalqı inandırmaq üçün Qurandan ayələr, şüarlardan isə “Allah yolunda” sözləri istifadə edildi. Əslində isə bu, sadəcə hakimiyyət və mənafeyin savaşı idi.
Deməli, “Allah yolunda” danışıb, əslində taxt-tac uğrunda savaşmaq, İslam tarixində ən böyük riyakarlıq nümunəsidir.

MM.AZ