İnsan üçün ən böyük sərvət sağlamlıqdır. Hər kəs bunu yalnız xəstələndiyi an deyil, sağlamlığına qayğı göstərən həkimlərin fədakar əməyini görəndə də dərk edir.
Bu şərəfli missiyanı ləyaqətlə daşıyanlardan biri də Sabunçu Tibb Mərkəzinin cərrahiyyə şöbəsinin müdiri, yüksək peşəkarlığı və humanistliyi ilə tanınan Mahir Vəliyevdir. Mahir Vəliyev uzun illərdir ki, həkimlik peşəsini vicdanla davam etdirir. Onun adı xəstələrinə göstərdiyi diqqət, peşəkarlıqla yanaşı, insani münasibəti ilə də xatırlanır. Ən çətin əməliyyatlarda belə soyuqqanlılığını qoruyaraq, insan həyatını xilas etməyi özünə ən böyük borc bilir. O, təkcə bir cərrah kimi deyil, həm də xəstələrinin ümid yeri, mənəvi dayağıdır. Həkimlik sadəcə bilik və təcrübə deyil, həm də böyük məsuliyyət və fədakarlıq tələb edir. Mahir Vəliyev həm iş yoldaşlarının, həm də xəstələrinin hörmətini qazanaraq bu məsuliyyəti ləyaqətlə daşıyan nadir həkimlərdəndir. Onun rəhbərlik etdiyi şöbədə daim nizam-intizam, qarşılıqlı hörmət və peşəkarlıq hökm sürür. Bu isə təkcə idarəetmə bacarığının deyil, həm də insanlarla səmimi ünsiyyət qurmağın nəticəsidir. Xalqımız tarixən həkimliyi müqəddəs bir sənət kimi dəyərləndirib.Mahir Vəliyev xalqın inamını, etibarını doğruldan, insan həyatını ən böyük dəyər bilən fədakar bir həkimdir. Onun fədakarlığını sözlərlə ifadə etmək bəzən çətin olur. Lakin poeziya insan qəlbinin dərinliklərini daha incə dillə çatdırır. Mənim Mahir Vəliyev haqqında yazdıqlarım isə təkcə bir oxucunun təəssüratı deyil, həm də ona olan şəxsi hörmətimin, həkim kimi etibarımın səmimi təsdiqidir.
Elə bu duyğularla da ona bir şeiri yazmışdım:
Hər an fikirlisən, hər an qayğılı,
Elinə, obana sevgin qədərsiz.
Dərdinin qapısı hamıya bağlı,
Özünü görmədin özün kədərsiz.
Nə qədər xəstəyə əlac etmisən,
Nə qədər sevinib insan əlində.
Bu ana vətəni elə sevmisən,
Eşqi ürəyində, adı dilində.
Kövrək bir kəlmədən dolur gözlərin,
Az qala hönkürüb, ağlayacaqsan.
Xəstəyə məlhəmdi adi sözlərin,
Fələyi yolundan saxlayacaqsan.
…Yenə də sızlayır bağrımın simi,
Həsrətəm mən toya-düyünə, Mahir.
Əyninə geydiyin ağ xalat kimi,
Xalqımız çıxaydı ağ günə, Mahir.
Onun həyatı və fəaliyyəti bir daha göstərir ki, həkim olmaq təkcə peşə seçimi deyil, həm də insanlığa xidmət yoludur. Mahir Vəliyev bu yolda yorulmadan addımlayan, şərəfli adını ləyaqətlə daşıyan həkimlərdən biridir.

MUASİRMEDİA.AZ
Şərafəddin İlkin, Şair -publisist, Azərbaycan Yazıçılar Birliyin üzvü, Prezident təqaüdçüsü, “Rəsul Rza mükafatı” laureatı .