“Keçmişdə əhalinin bütün zümrələri ictimai mənsubiyyətindən və yaşından asılı olmayaraq papaq geyərdi.
Azərbaycanda papağın «daqqa», «çapma», «qələmi», «şikarı» və s. adlarla məlum olan müxtəlif formaları mövcud olmuşdur. Keçmişdə varlı kişilər, bir qayda olaraq, qaragül dərisindən, əhalinin aşağı zümrələri isə yerli papaq geyirdilər. Qocalar arasında züllə papaq, gənclər və uşaqlar arasında «yapağı» ahıl və qocalar arasında, şikarı ppaq isə cavan oğlanlar arasında daha çox dəbdə olmuşdur. Çapma və ya qələmi papağın əsas müştəriləri varlılar idi. Görünlüyü kimi, papağın növü və forması ictimai zümrələrin və yaş fərqinin mühüm əlamətinə çevrilmişdir».Formasına və materialına görə Azərbaycan xalqı içərisində papağın belə adları işlənirdi və bu gün də bəzi yaşlı nəslin söhbətlərindən eşitmək olar: şiş papaq /zülləpapaq/, tüklü papaq, təpəsi gen gümüşü papaq, Buxara papaq, sürpapaq, hüsürpapaq, çərkəzi papaq, uzun tüklü qoyun dərisindən basma papaq, basma papaq. Rıvpım tüklü papaqlar « börk» adlanırdı. Mənsubiyyətinə görə el arasında onun «Buxara», «Krım», «Şirazi papaq» və s. adlarına təsadüf olunurdu. Bundan əlavə, ayrı-ayrı zonalarda «Qarabağ papağı», «Qəbələ papağı», «Ləzgi papağı» və s. kimi məhəlli və etnik xüsusiyyətləri əks etdirən istilahlar da yayılmışdı».
MUASİRMEDİA.AZ
İsmayil MƏMMƏDOV Azərbaycan dilinin etnoqrafik leksikası

Kişi geyimləri PAPAQ
Daha Azını Gör