V.Axundovun nəvəsi Sara Əliyeva: “Babam mənə sevgili Sarasının adını qoyub, zarafatca məni “karmannaya jena” çağırardı.
Balaca və kök qız idim. Babam rəhmətə gedəndə iki yaşım olardı…Özümü dərk edəndən sonra mənim üçün nənəmin adını daşımaq həmişə böyük məsuliyyət olub. Evdə danışırdılar ki, Sara xanımla babam Vəli Axundov çox kiçik olarkən, 14 yaşlarından bir-birilərini tanıyıblar. Nənəmlə babam bir küçədə yaşayıblar ve eyni texnikumda təhsil alıblar. Babam əvvəlcə sənədlərini indiki Neft Akademiyasına vermişdi, lakin biləndə ki, nənəm Tibb Institutunu seçib, sənədlərini götürərək nənəmin arxasınca gedir. Vəli Axundov məhz nənəmə görə, həkim olur…

1941-ci ildə müharibə başlayanda Vəli Axundov qərara gəlir ki, Sara xanıma sevgisini etiraf edir. Sara xanımsa ona “səni gözləyəcəm” deyir.
O zaman heç kim hərbi xidmətinin o qədər uzun çəkəcəyini bilmirdi, babam düz 4 il sonra qayıdır…
Amma müharibədən qayıdanda Bakıda nənəmi tapa bilmir. O zaman nənəm Göyçay şəhərinə həkim kimi ezam olunmuşdu. Lakin hansısa ucqar yerə göndərildiyi üçün babam Göyçayda da onu tapa bilmir.
Buna dözməyən babam, nənəmi çox axtarır və təsadüfən at belində onu görür. Dörd illik ayrılıqdan sonra görüşəndə,Sara xanım huşunu itirir. Elə o vaxtdan sonra onlar bir də ayrılmırlar, Sara xanım dünyasını dəyişənə kimi…
Sara xanımın vəfatından 5 il sonra eyni gündə – avqustun 22-i babam dünyadan köçür.
Onların iki uşaqları olur, oğlanları Oktay və anam Nigar.
Əlbəttə, hər zaman babam kimi bir insanla qarşılaşmağı arzulamışam. Çox təəssüf edirəm ki, onunla ünsiyyətdə olmaq imkanım olmayıb. Çünki həyatda elə vəziyyet olur ki, məsləhət almaq üçün sənə müdrik insan lazım olur.
Vəzifəsinden gedəndən sonra ona müxtəlif təklifler edirlər, o cümlədən Belçikaya SSSR-nin səfiri getmək. Lakin o, Bakıda qalmağı seçir. Babam hər şeydən əvvəl xalqını çox sevirdi. Vəli Axundovun rəhbərliyi dövründə bir sıra mühüm dəyişikliklər həyata keçirildi. Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Şuşa şəhərlərində böyük inşaat işləri aparıldı, amma babamın ən böyük arzusu Bakıda metronun açılışı idi. Ve bütün çətinliklərə baxmayaraq, 1967 ilin 6 noyabrında buna nail oldu.
Metronun iyini sevirəm. Uşaq olanda da buna görə düşərdim, həmin iyi qoxlamaq üçün…”
Görkəmli ictimai-siyasi xadimi, akademik Vəli Axundov Azərbaycan SSR-yə 1959-1969-cu illərdə rəhbərlik edib. Azərbaycanın işıqlı simalarından sayılan Vəli Axundov millətçilik probleminin hökm sürdüyü bir şəraitdə işləyib. Görkəmli ictimai xadim hər zaman Azərbaycanın mənəvi dəyərlərini, mədəniyyətini qorumağa çalışıb. 1954-1958-ci illərdə Azərbaycan SSR səhiyyə naziri vəzifəsini tutmuşdur.
Paylaşdı: Qönçə Murad.

muasirmedia.az