TACDAN UCA MƏQAM: MÜƏLLİM

ƏDƏBİYYAT
Sultan II Mahmud günlərin birində məktəblərdən birinə baş çəkir. O, sinfə daxil olanda müəllim (hoca) şagirdlərinə dərs keçirdi.
Müəllim gələn şəxsin padşah olduğunu anlasa da, dərsi yarıda kəsməyib tədrisinə davam edir. Yalnız dərs başa çatdıqdan və uşaqlar sinifdən çıxdıqdan sonra o, padşahın hüzurunda baş əyərək öz ehtiramını bildirir.
Sultan ondan soruşur:
– Mənə layiq olan hörməti niyə mən içəri girəndə, uşaqların yanında göstərmədin?
Müəllim vüqarla cavab verir:
– Sultanım, şagirdlər dünyada müəllimdən daha uca bir şəxsin olduğunu bilməməlidirlər. Əgər mən sizin qarşınızda onların yanında baş əysəydim, onlar müəllimdən də böyük adamın olduğunu düşünər və mənə olan hörmətlərini itirərdilər. Nüfuzum sarsılsa, mən onları bu ölkəyə layiq övladlar kimi yetişdirə bilmərəm.

Hocanın bu müdrik cavabından olduqca məmnun qalan Sultan II Mahmud onu yüksək dərəcədə mükafatlandırır.

 

Fotoğraf açıklaması yok.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir