Polis Akademiyasının əməkdaşı beynəlxalq proqram akkreditasiyasına həsr olunmuş forumda iştirak edib.
Polis Akademiyasının Strateji planlaşdırma, keyfiyyət təminatı və monitorinq bölməsinin rəisi, polis polkovnik-leytenantı Fərhad Həsənzadə Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan ali təhsilində beynəlxalq proqram akkreditasiyası” forumunda iştirak edib.
Forumda ölkənin müxtəlif ali təhsil müəssisələrinin keyfiyyət təminatı üzrə məsul əməkdaşları, akkreditasiya sahəsində fəaliyyət göstərən yerli və xarici ekspertlər, həmçinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbərliyi və nümayəndələri iştirak ediblər. Tədbirin açılış hissəsində ali təhsil müəssisələrində beynəlxalq proqram akkreditasiyasının tətbiqi təcrübələri, keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə qarşılıqlı əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Daha sonra forum “Azərbaycanda beynəlxalq proqram akkreditasiyası: çağırışlar və imkanlar” mövzusunda keçirilən panel müzakirələrlə davam etdirilib. Panel sessiyalarında beynəlxalq akkreditasiya prosesinin ali təhsildə keyfiyyətin yüksəldilməsinə təsiri, müasir yanaşmalar, mövcud problemlər və perspektiv inkişaf istiqamətləri ətrafında müzakirələr aparılıb.
Forum çərçivəsində iştirakçılar arasında təcrübə mübadiləsi həyata keçirilib, ali təhsil müəssisələri arasında gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.
MUASİRMEDİA.AZ
